ABŞ-ın keçmiş prezidenti Donald Tramp bildirib ki, dövlət başçısı postu uğrunda mübarizədə rəqibi Kəmalə Harrislə debat üzrə razılıq sentyabrın 10-da baş tutacaq.
Qaziler.az xəbər verir ki, bu barədə “Truth Social” sosial şəbəkəsində bildirib.
ABŞ prezidentliyinə namizəd əlavə edib ki, debat iştirakçıları ayaq üstə duracaqlar və onlara yazıların yazıldığı lövhələr gətirmək qadağandır.
Debat “ABC Fake News” kanalı tərəfindən canlı yayımlanacaq. Telekanal debatın ədalətli və bərabər olacağına, tərəflərin suallarla əvvəlcədən tanış edilməyəcəyinə əminlik verib.
QAZİLER.AZ