Gözəlliyi ilə tanınan ada dövlətləri Sakit okeanın səviyyəsinin qalxması ilə məhv ola bilər.
Qaziler.az “The İndependent”ə istinadla bildirir ki, BMT-nin baş katibi Antonio Quterreş dünyaya daha bir iqlim SOS ilə müraciət edib. O, dəniz səviyyəsinin qalxmasını xüsusilə Sakit okeanı sahillərində yerləşən bölgələri təhdid edən "qlobal fəlakət" adlandırıb.
Çünki Sakit okeanı ətrafındakı ölkələrdə dəniz səviyyəsinin getdikcə artdığı qeyd edilib.
“Birləşmiş Millətlər Təşkilatı və Ümumdünya Meteorologiya Təşkilatı Yer kürəsinin istiləşməsi, buz təbəqələrinin və buzlaqların əriməsi nəticəsində dəniz səviyyəsinin yüksəlməsi, okeanların turşulaşması və istilik dalğaları kimi iqlim dəyişikliyi ilə bağlı hesabatlar dərc edib”, - nəşr bildirib.
Qeyd olunur ki, Quterreş bu çağırışını Sakit okeanın cənubunda yerləşən Polineziya ada krallığının paytaxtı Tonqada Sakit Okean Adaları Forumunun iclasında edib.
QAZİLER.AZ