Meksika ABŞ səfirliyi ilə əlaqələrini dayandırdığını AÇIQLADI

Meksika ABŞ səfirliyi ilə əlaqələrini dayandırdığını  AÇIQLADI backend

Meksika liderinin dəstəklədiyi məhkəmə islahatlarını ABŞ səfirinin tənqid etməsindən sonra Meksika hökuməti ABŞ-ın bu ölkədəki səfirliyi ilə əlaqələrini dayandırıb.

Qaziler.az bildirir ki, məlumatı “Reuters” yayıb.

“Dondurulmaq bütövlükdə ABŞ-a deyil, yalnız səfirliyə aiddir. ABŞ səfirliyi ilə münasibətlərdə fasilə yarandı, “çünki (səfir) bizimlə danışmaq istədiyini” söyləyib. Burda şəxsi bir şey yoxdur, bizim çox yaxşı, konstruktiv münasibətimiz var idi", - Meksika prezidenti Andres Manuel Lopez Obrador keçirdiyi mətbuat konfransında deyib.

Meksika lideri son günlər ABŞ səfirinin tənqidini hörmətsizlik və müdaxilə kimi dəyərləndirib.

Xəbərdə qeyd edilib ki, ötən həftə ABŞ səfiri hakimlərin ümumxalq səsverməsi ilə seçilməsini tələb edən islahatı “Meksika demokratiyasının fəaliyyəti üçün ciddi risk” adlandırıb. O, həmçinin ABŞ və Meksika arasında ticarət əlaqələri üçün potensial risk barədə xəbərdarlıq edib.

QAZİLER.AZ

Diaspora