Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, Fransa hakimiyyəti təkcə "Telegram"ın təsisçisi Pavel Durovu deyil, həm də "Facebook"un təsisçisi Mark Zukerberqi sosial şəbəkənin fəaliyyətinə görə həbs etməlidir.
Qaziler.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Onun fikrincə, sosial şəbəkənin ittiham olunduğu şeylər “Telegram”da olduğu kimi “Facebook”da da baş verir.
Qeyd edək ki, Pavel Durov avqustun 24-də axşam saatlarında Fransanın “Le Burje” hava limanında şəxsi təyyarəsindən enərkən saxlanılıb. Sahibkar ölkəyə Azərbaycandan gəlib.
Paris prokurorluğu Durovun 12 cinayətdə ittiham olunduğunu və işin iyulun 8-də açıldığını bildirib.
QAZİLER.AZ