Ukrayna prezidenti Volodimir Zelenski Ümum Ukrayna telemarafonunda yayımlanan mətbuat konfransında Polşanın digər NATO ölkələrinin bu qərara dəstəyi olmadan Ukrayna üzərindən raketləri vurmayacağını bildirib.
Qaziler.az bu barədə “Gazeta.ru”ya istinadla bildirir.
Polşanın Ukrayna üzərindən, xüsusən də Varşavaya uçan raketləri niyə vurmamasından danışan Ukrayna lideri təxmin edib ki, belə bir qərarın qəbulu üçün bir neçə ölkənin dəstəyi lazımdır və Polşa rəhbərliyi təkbaşına bunun məsuliyyətini öz üzərinə götürmür.
"O (Polşa) NATO-dakı digər ölkələrin dəstəyini istəyir", - Zelenski deyib.
QAZİLER.AZ