Paris Vəkillər Kollegiyası Durovun statusunu AÇIQLADI

Paris Vəkillər Kollegiyası Durovun statusunu AÇIQLADI backend

“Telegram” messencerinin həmtəsisçisi Pavel Durov şübhəli statusundadır, ona qarşı heç bir ittiham irəli sürülməyib.

Qaziler.az xəbər verir ki, bu barədə TASS-a fransalı hüquqşünas, Paris Vəkillər Kollegiyasının üzvü Filip de Veul bildirib. Hüquq müdafiəçisi əlavə edib ki, Durovun ölkədən çıxmaması üçün hakimin həbs müddətini uzatmağa bütün səlahiyyətləri var.

“O, şübhə altındadır. Fransa qanunları nöqteyi-nəzərindən o, hələ də ona qarşı irəli sürülən hər şeydə günahsız sayılır”, - agentliyin həmsöhbəti bildirib.

Qeyd edək ki, Pavel Durov avqustun 24-də axşam saatlarında Bakıdan Fransaya uçub və Parisin “Le Burje” hava limanında saxlanılıb.

QAZİLER.AZ

Diaspora