Oktyabrın 28-də Dəməşqdə Fransa parlamentinin deputatları Suriya prezidenti Bəşər Əsədlə görüşüblər. APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, saat yarım davam edən görüşün təfərrüatları açıqlanmır.
Danışıqlarda Fransa parlamentinin aşağı palatasının müxalif “Respublikaçılar” partiyasının deputatı Jan-Frederik Puason, onun partiyadaşı Ksavye Breton və müstəqil deputat Veronik Bess iştirak ediblər.Qeyd edək ki, Fransa hökuməti deputatların Dəməşqə səfərini təhlükəli və faydasız adlandırıb.