Latviyada qadınlar üçün təcili hərbi xidmət tətbiq oluna bilər - Ölkənin müdafiə naziri

Latviyada qadınlar üçün təcili hərbi xidmət tətbiq oluna bilər - Ölkənin müdafiə naziri backend

Latviyada qadınlar üçün məcburi hərbi xidmət tətbiq etmək istəyirlər. Ölkənin Müdafiə Nazirliyi bu təşəbbüsün təfərrüatlarını ictimaiyyət və hökumətlə müzakirə etmək niyyətindədir.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Latviyanın müdafiə naziri Andris Sprudsun bəyanatına istinadən xəbər verir.

O, qadınlar üçün məcburi hərbi xidmətin tətbiqini dəstəklədiyini bildirib. Sprudes bu dəyişikliklərin dərhal həyata keçirilməyəcəyini də vurğulayıb.

"Əlbəttə, bu, bu gün və ya sabah olmayacaq", - deyib.

Onun sözlərinə görə, bunun həyata keçirilməsi üçün ən çox ehtimal olunan tarix 2028-ci ildir. Latviyanın müdafiə naziri əlavə edib ki, təxminən 4 min nəfərin xidmətə çağırılması planlaşdırılır.

Nazir bu təşəbbüsün həyata keçirilməsi üçün zəruri olan ictimai müzakirənin və siyasi konsensusa nail olunmasının vacibliyini qeyd edib.

“Bu, təkcə koalisiya məsələsi deyil, bu, siyasi partiyaların, parlamentin və bütün cəmiyyətin məsələsidir".

Spruds qeyd edib ki, Latviya çağırışçıların yüksək keyfiyyətli xidmətini təmin etmək üçün bir çox hazırlıq işlərini yerinə yetirməlidir. O, həmçinin əlavə edib ki, qadınlar üçün müvafiq texnika, uniformalar hazırlamaq və ümumiyyətlə, silah da daxil olmaqla, lazım olan hər şeyin təchizatını artırmaq lazımdır.

Onun sözlərinə görə, artıq Latviya Milli Silahlı Qüvvələrinə müvafiq tapşırıqlar verilib.

QAZİLER.AZ

Diaspora