Afrikanın cənubundakı Zambiyada daş karxanasının çökməsi nəticəsində 9 nəfər ölüb.
Polis sözçüsü Rae Hamoonga mətbuata verdiyi açıqlamada, paytaxt Lusakadan təxminən 50 kilometr şərqdə, Çonqvedə qanunsuz daş karxanasında çökmə baş verdiyini söylədi.
Hamoonqa çökmə nəticəsində 9 nəfərin həyatını itirdiyini, bir nəfərin isə yaralanaraq xilas olduğunu qeyd edib. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
2023-cü ilin dekabrında Zambiyanın şimalında açıq mis mədənində baş verən çökmə nəticəsində 30-a yaxın mədənçi həyatını itirmişdi.
QAZİLER.AZ