Sudanda daşqınlar nəticəsində ölənlərin sayı 132-yə yüksəlib

Sudanda daşqınlar nəticəsində ölənlərin sayı 132-yə yüksəlib backend

İyun ayından başlayaraq Sudanda həddindən artıq yağış və daşqınlar nəticəsində həyatını itirənlərin sayının 132-yə yüksəldiyi bildirilib.

Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, hökumətə bağlı Payız Təcili Yardım Stansiyasından verilən açıqlamada ölkənin 18 əyalətindən 10-da iyun ayından bəri davam edən həddindən artıq yağış və daşqınlarda ölənlərin sayının 132-yə çatdığı bildirilib.

Açıqlamada daşqınlardan zərər çəkənlərin sayının 129 min 650-yə yüksəldiyi bildirilib və 12 min 420 evin tamamilə, 11 min 472 evin isə qismən dağıldığı paylaşılıb.

Sudanda iyul-oktyabr ayları arasında yağan yağışlı dövrdə baş verən daşqınlarda hər il 100-dən çox insan həyatını itirir, on minlərlə ev, iş yeri və kənd təsərrüfatı sahəsi zərər görür.

QAZİLER.AZ

Diaspora