Ağ Evdən Qəzza açıqlaması: Atəşkəs danışıqlarında irəliləyiş var

Ağ Evdən Qəzza açıqlaması: Atəşkəs danışıqlarında irəliləyiş var backend

Ağ Ev Qəzzada atəşkəs danışıqlarında hər hansı “çökmə”nin olmadığını açıqlayıb. Ağ Evin məlumatına görə, tərəflər müəyyən irəliləyiş əldə ediblər.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, Ağ Evin Milli Təhlükəsizlik Kommunikasiyalar üzrə müşaviri Con Kirbi telekonfrans vasitəsilə keçirdiyi mətbuat brifinqində Qəzza gündəmi ilə bağlı sualları cavablandırıb. Kirbi Misirin paytaxtı Qahirədə aparılan danışıqların iflasa uğradığına dair qiymətləndirmələrə belə cavab verib:

"Danışıqlarda heç bir çökmə yoxdur. Tərəflər prosesi işçi qruplara ötürmək üçün kifayət qədər irəliləyiş əldə ediblər ki, vasitəçilərin və liderlərin orada olmasına ehtiyac qalmayacaq. Danışıqlar o yerə çatıb ki, tərəflər növbəti məntiqli addımın işçi qrupların formalaşdırılması və bu qrupların təfərrüatlarının işlənib hazırlanması olduğunu hiss edirlər”.

Kirbi qeyd edib ki, hələ görüləcək çox iş var və tərəflər arasında danışıqlar davam edir. 

O, İsrail ordusunun haradan və necə geri çəkiləcəyindən tutmuş əsirlərin dəyişdirilməsi ilə bağlı detallara qədər işçi qruplarında bir çox mühüm detalların müzakirə ediləcəyini bildirib.

Digər tərəfdən Kirbi Hizbullah və İsrail arasında qarşılıqlı hücumların atəşkəs danışıqlarına mənfi təsir etmədiyini vurğuladı.

QAZİLER.AZ

Diaspora