Liviyanın şərqində neft hasilatı və ixracı bütün yataqlardakı fors-major vəziyyətə görə dayandırılıb.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, bu barədə ölkənin baş naziri Usamə Hammad Facebook səhifəsində videomüraciətində bildirib.
Bundan əvvəl Liviya Milli Neft Korporasiyası ölkədəki etirazlara görə Əl-Şərəra yatağında neft hasilatını dayandırmışdı.
"Hökumət ölkənin bütün neft yataqlarında və yanacağın daşındığı bütün limanlarda fors-major vəziyyət elan edir və neft hasilatını və ixracını növbəti xəbərdarlığa qədər dayandırır", - Həmmad vurğulayıb.
QAZİLER.AZ