Vyetnamda meşədə azan oğlan 5 gün sonra sağ tapılıb.
Qaziler.az BBC-yə istinadən bildirir ki, Vyetnamda altı yaşlı uşaq meşədə azıb və beş gün sonra sağ tapılıb. Uşaq meyvə, yarpaq və çay suyu ilə qidalanıb.
Adı Dang Tien Lem olan oğlan bacı-qardaşları ilə çayda oynayarkən qəfildən dağlara tərəf gedib və geri qayıtmayıb.
Uşaq yoxa çıxandan bir neçə saat sonra 200 nəfərə yaxın qrup onu axtarmaq üçün yola düşüb.
Yalnız beş gün sonra balaca uşağı yerli fermerlər tapdılar. Onlar darçın yığarkən meşədən uşağın ağladığını eşidiblər.
QAZİLER.AZ