Türkiyə XİN Pakistanda törədilən terror aktını pisləyib

Türkiyə XİN Pakistanda törədilən terror aktını pisləyib backend

Türkiyə Xarici İşlər Nazirliyi Pakistanın Bəlucistan əyalətində törədilən terror aktını qətiyyətlə pisləyib.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, nazirlik Pakistanda baş verən terror aktı ilə bağlı yazılı açıqlama verib.

Açıqlamada hücumun şiddətlə pisləndiyi, həyatını itirənlərə Allahdan rəhmət, yaxınlarına başsağlığı verildiyi vurğulanıb və əlavə edilib: “Türkiyə terrora qarşı mübarizədə dost və qardaş Pakistan hökuməti və xalqı ilə tam həmrəydir”, - ifadələrdən istifadə olunurdu.

Pakistan mətbuatının məlumatına görə, gecə saatlarında Bəlucistan əyalətində yolu bağlayan silahlı şəxslər sərnişinləri avtobus və yük maşınlarından boşaldıb, şəxsiyyət vəsiqələrini yoxlayıb, sonra isə onlara atəş açıb.

Hücumda ən azı 23 sərnişin həyatını itirib, 10 avtomobil yandırılıb.

QAZİLER.AZ

Diaspora