İngiltərə millisinin sabiq baş məşqçisi vəfat edib

İngiltərə millisinin sabiq baş məşqçisi vəfat edib backend

İsveçli futbol məşqçisi Sven-Yoran Eriksson 76 yaşında vəfat edib.

Qaziler.az Euronews-a istinadən xəbər verir ki, o, bazar ertəsi evdə ailəsinin əhatəsində ölüb.

İngiltərə millisini idarə edən ilk əcnəbi Eriksson İtaliya, Portuqaliya və İsveçdə klub səviyyəsində qazandığı nailiyyətlərlə tanınırdı.

Mədəaltı vəzi xərçəngi ilə səkkiz aylıq mübarizədən sonra vəfat edən Eriksson, İsveçdə "Svennis" kimi tanınan, 27 yaşında futbolçu karyerasını tərk edərək məşqçiliyə başlayıb. Onun ən böyük nailiyyətləri 2001-2006-cı illərdə rəhbərlik etdiyi İngiltərə milli komandasında olduğu müddətdə əldə olunub. Onun rəhbərliyi altında Devid Bekhem, Stiven Cerrard və Ueyn Runi də daxil olmaqla ingilis futbolçuların “qızıl nəsli” 2002 və 2006-cı il dünya çempionatının 1/4 finalına, Avro-2004-ün isə 1/4 finalına yüksəlib.

Onun məşqçi kimi fəaliyyəti təkcə futbol uğurları ilə deyil, həm də Britaniya mətbuatının diqqət obyektinə çevrilən şəxsi həyatı ilə yadda qalıb. Erikssonun isveçli teleaparıcı Ulrika Yonsson və Futbol Assosiasiyasının katibi Faria Alam ilə əlaqələri olub.

QAZİLER.AZ

Diaspora