Hindistan hakimiyyəti "Telegram" tətbiqi ilə bağlı araşdırmaya başlayıb.
Qaziler.az xəbər verir ki, bu barədə məlumatı “Moneycontrol” portalı dərc edib.
Hindistan siyasətçiləri messencer üzərində nəzarəti gücləndirməyə çağırıblar.
Şirkət ölkə qanunlarına əməl etdiyini iddia edir və Hindistana uyğunluq üzrə məsul təyin edib, lakin yerli hökumət şirkətin ölkədə ofisinin olmadığını qeyd edir.
Audit xəbərləri Pavel Durovun “Telegram” ilə bağlı cinayət fəaliyyətində şübhəli bilinərək Fransada həbsindən sonra ortaya çıxıb.
QAZİLER.AZ