Donetskdə Rusiya Silahlı Qüvvələrinin qırıcıları üçün pilotsuz uçuş aparatlarına qarşı kostyumların istehsalına başlanılıb.
Qaziler.az “Gazeta.ru”ya istinadla bildirir ki, bu barədə “Çarqrad” nəşrinə müsahibəsində finlandiyalı jurnalist Kosti Heyskanen məlumat verib.
Müxbirin sözlərinə görə, kostyum hərbçiləri Ukraynanın pilotsuz uçuş aparatlarından qorumaq üçün nəzərdə tutulub. Zahirən istehkamçı paltarına bənzəyir.
Jurnalist qoruyucu dəstin qiymətini 20 min rubl dəyərində qiymətləndirib.
QAZİLER.AZ