Yaponiya XİN Çinin müvəqqəti işlər vəkilinə xəbərdarlıq etdi

Yaponiya XİN Çinin müvəqqəti işlər vəkilinə xəbərdarlıq etdi backend

Çinə məxsus təyyarənin ölkənin hava məkanını pozmasından sonra Çinin Tokiodakı müvəqqəti işlər vəkili Şi Eyan Yaponiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Qaziler.az xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Mətbuat xidməti əlavə edib ki, söhbət zamanı diplomata etiraz edilib. Müvəqqəti vəkilin gələcəkdə oxşar halların təkrarlanmaması üçün tədbirlər görməsinə də çağırış edilib.

Xəbərdə qeyd edilib ki, Yaponiya Müdafiə Nazirliyi Çinin "Y-9" hərbi kəşfiyyat təyyarəsinin Naqasaki prefekturasının cənub-qərbindəki Dandze adaları ərazisində ölkənin hava məkanını pozduğunu bildirmişdi.

QAZİLER.AZ

Diaspora