Fələstin BRİCS-ə üzv olmaq üçün təşkilatın oktyabrda Kazanda keçiriləcək sammitindən sonra müraciət edə bilər.
Qaziler.az xəbər verir ki, bu barədə Fələstinin Moskvadakı səfiri Əbdülhafiz Nofəl “RİA Novosti”yə bildirib.
“Sammitdə ilk iştirakımızdan sonra biz bu assosiasiyaya qoşulmaq üçün müraciət göndərəcəyik”, - fələstinli səfir deyib.
Qeyd edilib ki, Rusiya prezidenti Vladimir Putin Fələstin lideri Mahmud Abbasa BRICS sammiti çərçivəsində bütünlüklə Fələstinə həsr ediləcək sessiyanın keçirilməsinə söz vermişdi.
Assosiasiya 2006-cı ildə Braziliya, Rusiya, Hindistan və Çin tərəfindən yaradılıb, 2011-ci ildə isə Cənubi Afrika da qoşulub. 2024-cü il yanvarın 1-də Misir, İran, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Efiopiya BRİCS-in tamhüquqlu üzvü olublar. 2024-cü ilin iyulunda Malayziyanın Rusiyaya BRİCS-ə qoşulmaq üçün ərizə ilə məktub göndərdiyi bildirilib. 2024-cü ildə assosiasiyaya Rusiya sədrlik edəcək.
QAZİLER.AZ