Almaniya hökuməti “Şimal axını” və “Şimal axını 2” qaz kəmərlərinin zədələnməsini cinayət hesab edir.
Qaziler.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bunu Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Hebeştrayt bildirib.
"Son aylar ərzində Federal Kansler Polşa və Çexiya tərəfi, eləcə də bir çox digər xarici tərəfdaşlarla danışıqlarda öz mövqeyini açıq şəkildə ifadə etdi: bu, araşdırılmalı olan cinayətdir", - Almaniya hökumətinin sözçüsü bildirib.
Hebeştrayt onu da qeyd edib ki, Berlin qaz kəmərləri ilə bağlı Çexiya prezidenti Petr Pavelin mövqeyini bölüşmür.
QAZİLER.AZ