Avropa Komissiyası Durovun həbsini şərh etməkdən imtina etdi

Avropa Komissiyası Durovun həbsini şərh etməkdən  imtina etdi backend

Avropa Komissiyası “Telegram” messencerinin təsisçisi Pavel Durovun həbsini şərh etməkdən imtina edib.

Qaziler.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Avropa Komissiyası məsələ ilə bağlı agentliyə şərh verməkdən imtina etməsini davam edən istintaqla izah edib və bunu “Fransanın şəxsi işi” adlandırıb.

Qeyd edək ki, Pavel Durov avqustun 24-də Fransada həbs edilib. İş adamı axşam saatlarında “Le Burje” hava limanında şəxsi təyyarədən enərkən saxlanılıb. Durov Azərbaycandan Fransaya gəlib. Fransa hakimiyyətinin Telegram və Durova qarşı əsas şikayəti messencerdə şifrələnmiş mesajlardır. Fransa mediası sahibkarı 20 ilə qədər həbs cəzası gözlədiyini yazıb.

QAZİLER.AZ

Diaspora