Durovun həbsindən sonra "Telegram" həmişəlik bağlana bilər?

Durovun həbsindən sonra "Telegram" həmişəlik bağlana bilər? backend

“Telegram” messenceri onun təsisçisi Pavel Durovun Fransada həbsindən sonra həmişəlik bağlanmayacaq.

Qaziler.az xəbər verir ki, bu barədə İT üzrə ekspert Pavel Myasoedov “NEWS.ru” ilə söhbətində əminliklə qeyd edib ki, O, vurğuladı ki, hər şeyin Durova nə dərəcədə təsir edəcəyini qiymətləndirmək çətindir. Ekspert qeyd edib ki, bu, çox böyük şirkətdir və regional məhdudiyyətlər zamanı zərər çəkə bilər, amma bağlana bilməz.

“Söhbət özünü inkişaf etdirən heyəti, öz pulunu qazanan sistemi və s. olan şirkətdən gedir. Təsisçi yoxa çıxdığı üçün belə bir şirkətin dərhal yoxa çıxması ehtimalı azdır. Çətinlik çəkə bilər, mütləq ki çətinlikləri olacaq, amma bağlanmayacaq”, - Myasoedov izah edib.

Ekspertin fikrincə, Qərbin xüsusi xidmət orqanları tərəfindən rusların mümkün izlənilməsindən narahat olmağa dəyməz. O, əminliklə bildirib ki, “Telegram” istifadəçilərinin əksəriyyətinin onlardan gizlədəcək heç nəyi yoxdur. Lakin siyasətçilər və böyük biznesmenlər üçün heç bir messencer təhlükəsiz deyil, - deyə ekspert xəbərdarlıq edib.

QAZİLER.AZ

Diaspora