Rusiyanın Omsk vilayətinin sakini müdafiə müəssisəsinin işi barədə məlumatı Ukrayna xüsusi xidmət orqanlarına ötürdüyü üçün saxlanılıb.
Qaziler.az bu barədə “RİA Novosti”yə istinadla xəbər verir. Xidmətin məlumatına görə, faktla bağlı dövlətə xəyanət maddəsi ilə cinayət işi açılıb.
Müəyyən edilib ki, saxlanılan şəxs Omsk vilayətindəki müdafiə müəssisələrindən birinin istehsalat fəaliyyəti ilə bağlı məlumat, foto və video materialları toplayaraq Ukrayna xüsusi xidmət orqanlarına ötürüb.
QAZİLER.AZ