Bu gün səhər saatlarında Rusiyanın Saratov vilayəti dron hücumlarına məruz qalıb.
Oxu.Az xəbər verir ki, məlumatı Saratov vilayətinin qubernatoru Roman Busargin də təsdiq edib.
O qeyd edib ki, PUA hücumu nəticəsində 38 mərtəbəli yaşayış binası zərər çəkib, sakinlərdən biri ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Sosial şəbəkələrdə Ukrayna ordusuna məxsus dronun yaşayış binasına çırpılmasını əks etdirən görüntülər yayılıb.