Kopenhagen Fond Birjasının yenidən qurulması üçün 150 illik küknar ağaclarına ehtiyac var

Kopenhagen Fond Birjasının yenidən qurulması üçün 150 illik küknar ağaclarına ehtiyac var backend

Bu ilin aprelində yanğın zamanı zərər çəkmiş Kopenhagen Fond Birjasının binasının yenidən qurulmasına başlanılıb. Təmir üçün lazım olan tikinti materiallarının siyahısı uzun və xüsusidir.

QAZÌLER.AZ  AZƏRTAC-a  istinadla xəbər verir ki, binanın bərpası üçün 400 illik üsulla hazırlanmış bir milyona yaxın kərpicə ehtiyac olacağı ehtimal edilir. Binanın sahibi olan “Dansk Erhverv” şirkəti Almaniyada istehsalçı tapıb.

Digər bir xüsusi material oduncaqdır. “Hündürlüyü 30-45 metr, yaşı 150-yə yaxın olan 800-dən 1000-ə qədər küknar ağacı kəsilməlidir. Bundan əlavə, bu ağacları yalnız yanvarın sonunda bir neçə həftə ərzində kəsmək mümkün olacaq. 2025-ci ildə kifayət qədər ağac tapa bilməsək, gələn ilə qədər gözləməli olacağıq”, - deyə “Dansk Erhverv”nin direktor müavini Lars Daugaard izah edib.

Hazırda Baltik dənizi ölkələrində, o cümlədən İsveçdə uyğun oduncaq axtarışı davam edir, çünki Fond birjasının ilkin inşasında istifadə olunan oduncaq İsveçin Qotland adasında istehsal edilmişdi.

Memar-restavrator və Danimarka Binaların İstismarı Assosiasiyasının sədr müavini Yorgen Overbi bundan əvvəl rekonstruksiyanın təxminən 80-160 milyon dollara başa gələcəyini bildirmişdi. Bundan əlavə, onun hesablamalarına görə, binanın çoxsaylı hissələrinin bərpası 5-10 il çəkə bilər.

Yanğına səbəbin nə olduğu hələ də bəlli deyil. Polis araşdırması davam edir.

 

 

Diaspora