Müstəqil namizəd Robert Kennedi ABŞ-da prezidentlik yarışından çəkildiyini açıqlayıb.
QAZÌLER.AZ Publika.az-a istinaden xəbər verir ki, ABŞ-da noyabrın 5-də keçiriləcək prezident seçkiləri üçün geri sayım davam edir.
ABŞ prezidentliyi yarışından geri çəkilən Kennedi çıxışının əvvəlində demokrat olduğunu diqqətə çatdırıb:
“Trampın Putinlə sülh danışıqlarına başlaması dəstəyimi legitimləşdirmək üçün kifayətdir. Rusiya-Ukrayna müharibəsinə xərclənən pul ABŞ məktəblərinə xərclənərsə daha yaxşı olar. Buna görə də Trampı dəstəkləyirəm”.
Qeyd edək ki, yarışa girdiyi aylarda keçirilən anketlərdə Kennedinin 7-8 faizə çatan ictimai dəstəyinin son aylarda xeyli azaldığı bildirilir. Digər tərəfdən, Kennedinin dəstəyini alan Trampın Kamala Harrislə hazırda çox yaxın olan yarışda üstünlüyə malik ola biləcəyi deyilir.