ABŞ Ukraynaya yeni hərbi yardım paketi ayırdı

ABŞ Ukraynaya yeni hərbi yardım paketi ayırdı backend

ABŞ Ukraynaya yeni silah paketi təhvil verəcək. Buraya hava hücumundan müdafiə üçün raketlər, dron və tank əleyhinə silahlar, mərmilər daxil olacaq.

Qaziler.az bildirir ki, TASS bu barədə Ağ Evin mətbuat xidmətinə istinadən xəbər verir.

Ağ Evin rəhbəri Co Bayden Ukrayna prezidenti Volodimir Zelenskiyə zəng edərək onu avqustun 24-də qeyd olunan ölkənin Müstəqillik Günü münasibətilə təbrik edib.

Amerika administrasiyasının rəhbəri Ukraynaya yeni hərbi yardım paketinin ayrıldığını açıqlayıb. Bayden qeyd edib ki, bura raketlər, dron əleyhinə avadanlıqlar və digər arsenallar daxil olacaq. Ukrayna Silahlı Qüvvələrinin “mobil raket sistemləri” alacağına söz verərək, o, hansı silahlardan bəhs etdiyini açıqlamayıb.

QAZİLER.AZ

Diaspora