Hindistanın baş naziri Narendra Modinin Ukraynaya səfəri faydalı ola bilər.
Qaziler.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu fikri Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.
O, Hindistanın və Modinin özünün ABŞ-ın güclü tərəfdaşı olduğunu vurğulayıb.
"Əgər bu, Zelenskinin ədalətli sülhə uyğun gələn münaqişənin sona çatmasına kömək edirsə, o zaman bunun faydalı olduğunu düşünürük”, - Kirbi deyib.
Qeyd edək ki, avqustun 23-də Narendra Modi Kiyevə bir günlük səfər edib. Volodimir Zelenski ilə görüşü zamanı Modi deyib ki, o, ölkədə sülhün əldə olunmasına kömək etmək üçün şəxsən istənilən rolu oynamağa hazırdır.
QAZİLER.AZ