Rumıniya hərbçiləri Polşada təlim zamanı yaşayış binalarını və məktəbi artilleriyadan atəşə tutublar.
Qaziler.az bildirir ki, bu barədə PAP agentliyi Polşanın Byala Piska kəndinin meri Françişeka Romankeviçə istinadən yazır. Onun sözlərinə görə, mərmilərdən biri mənzilin pəncərəsinə doğru atılıb və içəridə adam olub.
“Bir mərmi evində yatan sakinin pəncərəsinə dəyib. Mərmi şüşəni sındıraraq divarı deşib. Yatan adam çox qorxub, ona tibbi yardım göstərilib. Amma o, artıq yaxşıdır”, – mer vurğulayıb.
“Nəticədə mənzilin pəncərəsi dəyişdirilməli və divarı təmir edilməlidir. Ümumilikdə, kəndə ən azı yeddi mərmi atılıb”, - Romankeviç qeyd edib.
Bəzi sursatlar hərbi poliqondan dörd kilometr aralıda yerləşən yaşayış binalarının fasadlarına dəyib. Mer bildirib ki, mərmilər məktəb ərazisinə və uşaq meydançasına da düşüb.
QAZİLER.AZ