Qırğızıstan hökuməti istefa verib

Qırğızıstan hökuməti istefa verib backend

Qırğızıstan Prezidenti Almazbek Atambayev hökumətin istefaya göndərilməsi ilə bağlı Fərman imzalayıb.

Fərmanda deyilir ki, mövcud qanunvericiliyə görə ölkədə yeni parlament seçildikdən sonra hökumət istefa verməlidir. Qırğızıstanın Baş naziri, müavinləri, hökumətin digər üzvləri yeni hökumət formalaşana qədər öz səlahiyyətlərini icra edirlər.

Xatırladırıq ki, oktyabrın 4-də Qırğızıstanda keçirilən parlament seçkilərində 14 siyasi partiya iştirak edib və 6-sı qalib gəlib.
Diaspora