Polşa əsgərləri sərhəddə beş miqrantı vəhşicəsinə döyüblər

Polşa əsgərləri sərhəddə beş miqrantı vəhşicəsinə döyüblər backend

Belarus sərhədçiləri Polşa ilə sərhəddə döyülmüş 5 miqrant tapıblar.

Qaziler.az “NEWS.ru”ya istinadla xəbər verir ki, zərərçəkənlərin dediyinə görə, onlar Polşa hərbçiləri tərəfindən döyülüblər.

İdarədən dəqiqləşdiriblər ki, qaçqınlar avqustun 23-də Berestovitski rayonunda tapılıb. Miqrantların sözlərinə görə, onlar qonşu dövlətin ərazisində saxlanılıblar və döyüldükdən sonra Polşa sərhədlərindən uzaqlaşdırılıblar.

Polşa hərbçiləri onları Belarus tərəfinə qovmazdan əvvəl silahın qundağı və dəyənəklərlə döyüb, başlarına və ətraflarına zərbələr endirib, xidməti itlərlə qorxudublar. Miqrantların arasında olan hamilə qadın hələ Polşa tərəfində olarkən özünü pis hiss edib və kömək istəyib.

QAZİLER.AZ

Diaspora