Volqoqrad vilayətindəki 19 saylı koloniyada olan terrorçulardan biri küçə davası zamanı rəqibini döyərək öldürdüyünə görə cəza çəkirmiş.
Qaziler.az bildirir ki, bu barədə “RİA Novosti” Volqoqradın Traktorozavodski rayon məhkəməsinə istinadən xəbər verir. İş materiallarından aydın olur ki, kişi və onun tanışı küçədə yoldan keçəni söyüş söydüyü üçün döyüblər. Zərərçəkmiş çoxsaylı küt alətlə kəllə-beyin xəsarətləri alıb və o, huşunu itirmədən reanimasiyada dünyasını dəyişib.
Vətəndaşın məhkəmə iclasında heç kimi öldürmədiyini, zərərçəkmişin başından vurmadığını deyərək təqsirini etiraf etmədiyi aydın olub. Lakin dava video kamera görüntülərində qeydə alındığı üçün cinayətdən boyun qaçırması mümkün olmayıb.
Hökm 2019-cu ilin iyununda verilib və o, 6 il müddətinə ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkirmiş.
QAZİLER.AZ