Hindistanın baş naziri Narendra Modi Ukrayna prezidenti Vladimir Zelenskini ölkəsinə rəsmi səfərə dəvət edib.
Qaziler.az-ın məlumatına görə, "Reuters" xəbər verir ki, bu barədə Hindistanın xarici işlər naziri Subramanyam Caişankar bildirib.
Bundan əvvəl Modi Ukrayna münaqişəsinin tərəflərini nizamlanmaya nail olmaq üçün danışıqlara başlamağa çağırıb. O, həmçinin Zelenskini böhranın həllində şəxsən rol oynamağa hazır olduğuna əmin edib.
Modi Hindistanın hərbi əməliyyatların başlanğıcından bəri həmişə sülhün tərəfdarı olduğunu vurğulayıb.
QAZİLER.AZ