Pakistanda silahlıların hücumu nəticəsində 12 polis həyatını itirib

Pakistanda silahlıların hücumu nəticəsində 12 polis həyatını itirib backend

Pakistanın şimal-şərqində silahlı şəxslərin polis karvanına hücumu nəticəsində 12 polis məmuru həyatını itirib, 6-sı yaralanıb.

Qaziler.az bildirir ki, Geo News televiziyasında yer alan xəbərə görə, Pəncab əyalətinin Rəhimyar Xan bölgəsində çayın kənarından keçən polis karvanına raket və ağır silahlarla hücum edilib.

Polis rəsmilərinin mətbuata verdiyi açıqlamaya görə, iki dəstə maşınında olan 20-dən çox polis əməkdaşı pusquya salınıb.

Silahlı şəxslərin hücumu nəticəsində 11 polis əməkdaşı həyatını itirib, 7-si yaralanıb, yaralananlardan biri isə sonradan dünyasını dəyişib.

Hücumun baş verdiyi ərazidə uzun müddətdir silahlı dəstələrin fəaliyyət göstərdiyi məlum olub. Təhlükəsizlik qüvvələri bu qrupları dağıtmaq üçün çoxlu hərbi əməliyyatlar həyata keçirib.

QAZİLER.AZ

Diaspora