İsveçli tennisçi, Rocer Federer və Marat Safinin keçmiş məşqçisi Peter Lundqren 59 yaşında vəfat edib.
Qaziler.az bildirir ki, bu barədə onun oğlu avqustun 23-də sosial şəbəkələrdə məlumat verib.
“Ən yaxşılardan biri, təəssüf ki, bizi çox erkən tərk etdi. Məşqçi, oyunçu, dost və ata. Həm meydançada, həm də meydandan kənarda çoxlarına ilham verib və kömək əli uzadıb. Yaratdığı xoş təəssürat və xatirələr əbədi olaraq yaşayacaq”, - Lukas Lundqren öz Facebook səhifəsində yazıb.
Keçmiş idmançının ölüm səbəbi məlum deyil. "Aftonbladet" qəzetinin qeyd etdiyi kimi, keçmiş məşqçi 2-ci tip diabetdən əziyyət çəkirdi və keçən il infeksiyaya görə sol ayağı amputasiya olunub.
QAZİLER,AZ