Britaniya kəşfiyyatı Priqojinin ölümündən bir il sonra "Vaqner"çilərin sayını açıqlayıb

Britaniya kəşfiyyatı Priqojinin ölümündən bir il sonra  "Vaqner"çilərin sayını açıqlayıb backend

"Vaqner"İN üzvlərinin sayı son bir ildə on dəfə azalıb. Qrupun qalıqlar Belarus və Afrikada yerləşir.

Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Böyük Britaniyanın Müdafiə Nazirliyinə  X (Twitter) hesabına istinadən  məlumat yayıb.

Xülasədə qeyd edildiyi kimi, bu gün "Vaqner" qrupunun bir neçə əsas liderinin, o cümlədən onun sahibi Yevgeni Priqojin və qurucusu Dmitri Uktinin təyyarə qəzasında həlak olmasının birinci ildönümüdür. O vaxtdan bəri "Vaqner" qrupu getdikcə parçalanıb və sağ qalan bir çox yüksək vəzifəli şəxslər qrupu tərk edib.

Vaqner qrupunun keçmiş baş direktoru Andrey "Sedoy" Troşev, çox güman ki, Ukraynada müharibə üçün "könüllülər korpusu" yaratmaq vəzifəsi daşıyan Rusiya Müdafiə Nazirliyinin Redut ÖHŞ-nin bir hissəsi olaraq Rusiya Müdafiə Nazirliyinə qoşuldu.

Vaqner qrupunun 1-ci hücum dəstəsinin keçmiş komandiri Aleksandr "Ratibor" Kuznetsov "Axmat" çeçen "xüsusi qüvvələri" dəstəsinə qoşuldu. "Vaqner"in 3-cü hücum dəstəsinin keçmiş komandiri Boris "Zombi" Nijevenok 2024-cü ilin mayında Vostok-V bölməsinə rəhbərlik edib.

"2023-cü ildə 50,000-ə çatan üzlərlə müqayisədə, "Vagner"in Belarus və Afrikadakı qalıq birləşmələrində təxminən 5,000 şəxs qalıb", -  deyə Britaniya Müdafiə Nazirliyi qeyd edir.

Xatırladaq ki, “Vaqner” qrupunun təyyarəsi 2023-cü il avqustun 23-də qəzaya uğrayıb, 10 nəfər həlak olub. Sərnişinlər arasında Yevgeni Priqojin də olub.

QAZİLER.AZ

 

Diaspora