Banqladeşdə daşqınlar nəticəsində köməksiz vəziyyətdə qalanların sayı 3 milyona çatıb

Banqladeşdə daşqınlar nəticəsində köməksiz vəziyyətdə qalanların sayı 3 milyona çatıb backend

Banqladeşin cənub-şərqində leysan yağışlar və daşan çaylar nəticəsində yaranan sellərə görə 3 milyon insan köməksiz vəziyyətdə qalıb.

Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, “The Daily Star” qəzetinin məlumatına görə, dünəndən etibarən 8 bölgədə təsirli olan leysan ölkədə vəziyyəti daha da pisləşdirib.

Üç milyon insan daşqınlar səbəbiylə köməksiz qalıb. Bir hamilə qadının sel suları apararaq həyatını itirdiyi açıqlanıb.

Feni və Noakhali daşqından ən çox zərər çəkən bölgələr kimi qeyd edilərkən, bəzi bölgələrdə elektrik enerjisinin kəsilməsi də qeydə alınıb.

Yerli sakinlər belə güclü yağışın 1988-ci ildən bəri müşahidə edilmədiyini və "son 37 ilin ən böyük daşqın fəlakətinin baş verdiyini" bildiriblər.

Dünən leysan yağışlar səbəbindən 1,5 milyondan çox insanın köməksiz vəziyyətdə qaldığı bildirilirdi.

QAZİLER.AZ

Diaspora