Məşhur aparıcının canlı efirdə halı pisləşdi

Məşhur aparıcının canlı efirdə halı pisləşdi backend

Britaniyanın TalkTV telekanalının aparıcısı Aleks Fillips səhhəti ilə əlaqədar canlı yayımı tərk edərək tamaşaçılara müraciət edib.

Qaziler.az lenta.ru-ya istinadən bildirir ki, məşhur jurnalist  X sosial şəbəkəsindəki səhifəsində xəstəliyi barədə məlumat verib.

Fillips canlı yayımda London detektivindən müsahibə aldıqdan sonra yayıma qısa fasilə verdiyini elan edib. Fasilə bitəndə onun həmkarı Petri Hosken kadrda görünərək proqramın sonuna qədər aparıcını əvəz edəcəyini bildirib.

“Bağışlayın uşaqlar. Erkən qaçmalı oldum. Birdən özümü çox pis hiss etdim və bu vəziyyətdə işləmək çox çətindir”, - deyə Fillips qəfil gedişinin səbəbini izah edib. O, tezliklə ekranlara qayıtmaq niyyətində olduğunu da əlavə edib.

QAZİLER.AZ

Diaspora