İsrail Silahlı Qüvvələri xarici ölkələrdən yəhudilərin repatriasiyası proqramı çərçivəsində xaricdən 300-dən çox könüllünün gəlməsini gözləyir.
"Report" “Sputnik Azərbaycan” istinadən xəbər verir ki, bu barədə "The Jerusalem Post" qəzeti məlumat yayıb.
Bildirilib ki, könüllü hərbçilər “Garin Tzabar” proqramı (valideynləri İsraildə yaşamayan tənha əsgərlər üçün repatriasiya) çərçivəsində avqustun sonunda ölkəyə gəlməlidirlər.
Həmçinin ABŞ (175 nəfər), Kanada (24) və Böyük Britaniyadan (11) da çoxlu sayda hərbçinin gələcəyi gözlənilir.
Orduya cəlb edilənlər arasında Avstriya, Azərbaycan, Argentina, Venesuela, Almaniya, Cəbəllütariq, Meksika, Tayland, Ekvador və Cənubi Afrikadan olan şəxslər də yer alır.