Qədim Misir məbədində turist video çəkərək yerli məmurları qorxudub - VİDEO

Qədim Misir məbədində turist video çəkərək yerli məmurları qorxudub - VİDEO backend

Misirdə turistin məbədin "restavrasiya" videosundan sonra araşdırmaya başlayıblar.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, Misirin Turizm və Qədim Əsərlər Nazirliyi bir turistin Luksor məbədindəki freskanı bərpa etdiyi videonun internetdə yayılmasından sonra araşdırmaya başlayıb. Bu barədə yerli "Egypt Independent" nəşri məlumat yayıb.

Əcnəbinin çəkdiyi kadrlarda o, əlində fırça tutaraq, guya eramızdan əvvəl 1400-cü ildə tikilmiş qədim abidənin freskasını bərpa etməkdə texnikə kömək edir.

Video yerli məmurları qorxudub. Misirin Turizm və Qədim Əsərlər naziri Şerif Fəthi hadisənin vəziyyətini dərhal öyrənməyi və "qədim Misir sivilizasiyasına zərər verən hər şeyə qarşı" tədbirlər görməyi əmr edib.

Daha sonra nazirlik nümayəndələri videodakı turistin boyadan yox, adətən daş səthləri təmizləmək üçün istifadə olunan təmizləyici vasitədən istifadə etdiyini bildiriblər. İdarədən bunun abidə üçün təhlükə olmadığına aydınlıq gətirilib.

QAZİLER.AZ

 

Diaspora