Şri-Lanka 35 ölkə üçün pulsuz turist vizalarını təsdiqlədi

Şri-Lanka 35 ölkə üçün pulsuz turist vizalarını təsdiqlədi backend

Şri-Lanka Nazirlər Kabineti Çin, Hindistan və Rusiya da daxil olmaqla 35 ölkədən gələn ziyarətçilərə pulsuz turist vizalarının verilməsini təsdiqləyib.

Qaziler.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Bu addımın turizmi stimullaşdırmaq və böhrandan zərər çəkmiş iqtisadiyyatı bərpa etmək məqsədilə atıldığı qeyd edilir.

Nazirlər Kabinetinin sözçüsü və nəqliyyat naziri Bandula Qunavardananın sözlərinə görə, turistlərə oktyabrın 1-dən altı aylıq pilot proqram çərçivəsində 30 günlük viza veriləcək.

"Hökumətin məqsədi sürətlə inkişaf edən turizm sənayesindən faydalanmaq üçün Şri Lankanı Sinqapur, Tailand və Vyetnam kimi vizasız ölkəyə çevirməkdir", - nazir jurnalistlərə açıqlamasında deyib.

Geniş siyahıya Hindistan, Çin, Böyük Britaniya, Almaniya, Hollandiya, Belçika, İspaniya, Avstraliya, Danimarka, Polşa, Qazaxıstan, Səudiyyə Ərəbistanı, BƏƏ, Nepal, İndoneziya, Rusiya, Tayland, Malayziya, Yaponiya və Fransa da daxildir.

Çimərlikləri, qədim məbədləri və ətirli çayı ilə məşhur olan 22 milyon əhalisi olan ölkədə turizm sənayesi əvvəlcə COVID-19 pandemiyası, daha sonra 2022-ci ildə ciddi maliyyə böhranı ilə üzləşib.

QAZİLER.AZ

Diaspora