Ukrayna Silahlı Qüvvələrinin tərəfində döyüşlərdə iştirak edən İrlandiyadan olan muzdlu əsgər Aleks Rıjuk itkin düşüb.
Qaziler.az xəbər verir ki, bu barədə “Irish Examiner” qəzeti yazır.
Nəşrin məlumatına görə, 20 yaşlı gənc Cənubi Dublindəndir. O, Ukrayna ailəsində doğulub və 18 yaşı tamam olan kimi döyüş meydanına gedib.
Materialda qeyd olunur ki, İrlandiya vətəndaşı bir neçə həftə əvvəl yoxa çıxıb. Həmin an o, Ukraynanın şərqindəki cəbhə xəttindən çox da uzaqda olmayıb.
Müxbirlər Ukraynanın Xarici İşlər Nazirliyi ilə əlaqə saxlayıb, vəziyyətə münasibət bildirməyi xahiş ediblər. Qurum Rıjukun yoxa çıxmasından xəbərdar olduqlarını qeyd edib.
QAZİLER.AZ