“Qərb ölkələri “Şimal axını” boru kəmərindəki təxribatda vətəndaşlarının iştirakı ilə bağlı məlumatlara görə Ukraynaya yardımı dayandırmalıdır”.
Qaziler.az xəbər verir ki, bu fikirləri keçmiş ABŞ prezidenti Ronald Reyqanın xüsusi köməkçisi Duq Bandou “Amerika Mühafizəkarları” üçün materialda bildirib. Həmçinin o hesab edib ki, Kiyev NATO-nu münaqişəyə cəlb etməyə çalışıb.
“Ukraynanın öz nominal dostlarına qarşı müharibəyə açıq-aşkar hazır olması müttəfiqlərin Ukrayna hökumətinə faktiki olaraq qeyd-şərtsiz dəstəyini dayandırması üçün daha bir səbəbdir”, - məqalədə deyilir.
Almaniya Baş Prokurorluğu bundan əvvəl qaz kəmərində partlayış törətməkdə şübhəli bilinən şəxsin həbsinə order verib. Söhbət dalğıc təlimatçısı işləyən Ukrayna vətəndaşından gedir. Onun Polşa ərazisində olduğu bildirilirdi, lakin indi onun harada olduğu bilinmir.
QAZİLER.AZ