Rusiyada yalandan təcavüzə məruz qaldığını deyən qadınlar cəzalandırılacaqlar

Rusiyada yalandan təcavüzə məruz qaldığını deyən  qadınlar cəzalandırılacaqlar backend

Rusiyanın Lipetsk vilayətinin Terbunski rayonunda yerli sakin tanışını yalandan şikayət etdiyinə görə cəzalandırılacaq.

Qaziler.az “NEWS.ru”ya istinadla bildirir ki, bu barədə İstintaq Komitəsinin regional idarəsinin mətbuat xidməti məlumat yayıb. Qadın tanışını sərxoş halda zorlamaqda ittiham edib. Lakin daha sonra qisas məqsədilə tanışına böhtan atdığını etiraf edib.

Məlumatda qeyd olunur ki, hadisə 2024-cü il mart ayının 12-də baş verib.

İttiham aktına görə, polisə yalandan məlumat verən qadını cərimə və ya üç ilədək məcburi əmək və ya eyni müddətə azadlıqdan məhrumetmə  cəzası gözləyir.

QAZİLER.AZ

Diaspora