Rusiyanın Kamçatka diyarında 6,1 maqnitudada zəlzələ baş verib.
“Report” “İzvestiya”ya istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.
Zəlzələnin ocağı təxminən 40 km dərinlikdə, episentri Petropavlovsk-Kamçatskidən 120 km aralıda, Avaça körfəzində yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.