Finlandiya Sərhəd Mühafizəsi Rusiya ilə sərhəddə radio monitorinqi həyata keçirəcək ki, bu da həm dövlət daxilində, həm də Rusiya ərazisində cib telefonlarını izləməyə imkan verəcək.
Qaziler.az bildirir ki, bu barədə “Gazeta.ru” “Yle” dövlət televiziya və radio şirkətinə istinadla məlumat yayıb.
Şirkətdən verilən məlumata görə, miqrasiyanın qiymətləndirilməsi üçün monitorinq aparılacaq. Bu yolla sərhədçilər sərhədi harada və neçə nəfərin keçməyə çalışdığını izləyə biləcəklər. Lakin KİV-in məlumatına görə, sərhədçilər mesajları ələ keçirə və ya mobil telefon istifadəçilərinin kimliyini müəyyən edə bilməyəcəklər.
Şirkət qeyd edir ki, Finlandiya Sərhəd Mühafizəsi lazımi avadanlıqları aldıqdan sonra oxşar işə başlayacaq.
QAZİLER.AZ