Leninqrad vilayətində morqun ərazisində plastik torbalarda ölənlərin cəsədləri olan konteyner aşkar edilib.
Qaziler.az bildirir ki, bu barədə “47.news” xəbər verir.
Leninqrad vilayətinin Vsevolojsk rayonunun meyitxanasında səhiyyə komitəsi tərəfindən aparılan yoxlama zamanı küçədəki soyuducuda basdırılmamış onlarla cəsəd aşkar edilib.
Çox güman ki, ritualçılar sahibsiz cəsədləri illərdir morqun yaxınlığındakı konteynerə atırlar. Soyuducuda 2019-cu ildən bəri yığılıb qalan 68 meyitinin olduğu aşkar edilib. Qara torbalarda olan cəsədlər konteynerin içinə sıx yığılıb.
Hətta bəzi meyitlərin dəfn xərclərinin yerli şirkət tərəfindən qarşılandığı bildirilib.
QAZİLER.AZ