Kamala Harrisin ABŞ prezidentliyinə seçilməsi ölkəyə Amerika tarixində heç vaxt görünməyən təhlükələrlə nəticələnəcək.
Qaziler.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bunu konqresmen Maykl Uolts deyib.
Onun sözlərinə görə, ABŞ prezidenti Co Baydenin administrasiyası təhlükəli və gülünc prioritetlər qoyub və Harris seçkilərdə qalib gələrsə, mütləq onları davam etdirəcək.
Uolts ABŞ prezidentliyinə namizəd Donald Trampın seçki qərargahının təşkil etdiyi brifinqdə deyib ki, bu, “bizi ABŞ tarixində heç vaxt görmədiyimiz təhlükələrlə üzləşəcəyimiz nöqtəyə aparacaq”.
Konqresmen qeyd edib ki, ABŞ Silahlı Qüvvələri hazırda İkinci Dünya Müharibəsində olanların səviyyəsinə enib. Eyni zamanda, Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələri say və döyüş hazırlığı baxımından çinlilərdən geri qalır.
Qeyd edək ki, noyabrın 5-də ABŞ-da prezident seçkiləri keçiriləcək. Co Bayden iyulun 21-də seçimlərdən çıxdığını elan etdikdən sonra Harris Demokratlar Partiyasının prezidentliyə namizədi olub. Respublikaçıların namizədi Donald Tramp isə onun əsas rəqibi olub.
QAZİLER.AZ