Latviya 9 Rusiya vətəndaşını ölkədən çıxarmaq qərarına gəlib

Latviya 9 Rusiya vətəndaşını ölkədən çıxarmaq qərarına gəlib backend

Latviya 9 Rusiya vətəndaşını ölkədən çıxarmaq qərarına gəlib.

Qaziler.az bildirir ki, bu barədə çərşənbə günü, avqustun 21-də ölkənin miqrasiya departamentinə istinadən Delfi məlumat yayıb.

Mənbənin sözlərinə görə, 9 işdən üçündə qərar artıq icra olunub. Buna səbəb yenilənmiş miqrasiya qanununa əsasən, Rusiya vətəndaşları üçün yaşayış icazələrinin müddəti 2023-cü ilin sentyabrında başa çatıb. Onu yeniləmək üçün latış dilinin minimum səviyyəsini və vəsaitin mövcudluğunu təsdiqləmək lazımdır.

Bildirilir ki, tələblərə Rusiya Federasiyasının 25 min vətəndaşı cavab verib. Ölkəni tərk etməmək və eyni zamanda, Latviyanın tələblərinə əməl etməyənlər ya ölkədən çıxmaq, ya da məcburi deportasiya əmri alacaqlar.

QAZİLER.AZ

Diaspora