Fələstin prezidenti Mahmud Abbas Türkiyəyə səfəri zamanı İsraildən gələn sui-qəsd təhlükəsi səbəbindən yerli parlament üzvləri ilə şam yeməyini ləğv edib.
Qaziler.az bildirir ki, bu barədə çərşənbə günü, avqustun 21-də “Hürriyet” qəzeti mənbələrə istinadən məlumat yayıb.
O, avqustun 15-də Türkiyə Böyük Millət Məclisində çıxış edib. Bundan sonra prezident Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan və parlamentin sədri Numan Kurtulmuşla birlikdə Fələstin mövzulu fotosərgiyə baxıb.
Tədbirin sonunda adətən şam yeməyi verilir, lakin bu, Fələstin prezidentinin iştirak etməməsi səbəbindən ləğv edilib.
“Mahmud Abbas parlamentin spikeri Numan Kurtulmuşa göstərdiyi diqqətə görə təşəkkür etdi, lakin axşam yeməyinə qala bilməyəcəyini söyləyib".
Fələstin liderinin: “Qaranlıq düşmədən Fələstinə qayıtmalıyam” dediyini qeyd edən material müəlliflərini bunun sui-qəsd cəhdindən qorxduğu üçün edildiyini bildiriblər.
Nəşr qeyd edib ki, Abbasın ehtiyatlılığı göz qabağındadır, çünki Fələstin siyasi xadimlərinin məhvi hər yerdə baş verir, Gazeta.Ru əlavə edir.
QAZİLER.AZ